Bu il 40 min hektardan çox ərazi minadan təmizlənəcək
15 Mart 2022 11:43 Siyasət"Bu il minalardan təmizlənən ərazilərin əhatə dairəsi 2 dəfədən çox artırılacaq". "Olaylar" xəbər verir ki, bunu baş nazir Əli Əsədov Milli Məclisdə 2021-ci ildə görülən işlər haqqında hesabatı təqdim edərkən deyib. Baş nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi 2022-ci ildə sürətləndiriləcək: "Bu il 40 min hektardan çox ərazinin minalardan təmizlənməsi gözlənilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31