Ölkənin 53 milyard dollar ehtiyatı var – spiker

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasını açıq elan edib. "Olaylar" xəbər verir ki, spiker Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatı ilə tanış olduğunu qeyd edib: "Hazırda ölkənin 53 milyard dollar maliyyə ehtiyatı var. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın gücləndirilməsi 2021-ci ildə də öz təsdiqini tapıb. Ötən bir il ərzində daha da artırılmış iqtisadi göstəricilər inkişafı sürətləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31