NATO 30 min əsgər və 220 təyyarənin iştirakı ilə təlimlərə başladı
15 Mart 2022 10:50 SiyasətNorveçdə NATO-nun "Soyuq cavab-2022" adlı hərbi təlimləri başlayıb. Olaylar.az xəbər verir ki, təlimlərdə 27 ölkədən 30 min hərbçi iştirak edir.
Təlimlərə 220 təyyarə və 50-dən çox gəmi cəlb olunub. NATO-nun mənzil-qərargahından bildirilib ki, təlimlər əvvəlcədən planlaşdırılıb, Rusiyanın Ukraynaya hücumu ilə əlaqəsi yoxdur və müdafiə məqsədlidir. Qeyd edək ki, Rusiya təlimlərə dəvət olunsa da, iştirak etmək istəməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31