“Ermənistanın Azərbaycana qarşı “təzyiq" siyasəti fiaskoya uğradı”-Politoloq

"Azərbaycanla İran arasında imzalanmış Şərqi Zəngəzurla Naxçıvan MR birləşdirəcək  tranzit dəmir və avtomobil yolu Anlaşma memarandumu Azərbaycanın strateji maraqlarına cavab verir.Təxminən 40 km-lik  İran ərazisindən keçməklə dəmir və avtomobil yolu dəhliz statuslu olmasa da xüsusi statusa malik olacaq". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın xüsusilə Zəngəzur dəhlizinin açılmasına icazə verməməsi, yalnız  öz nəzarətində adi dəmir və avtomobil yolundan istifadə etməsi təklifini irəli sürməsi, təbii ki, Azərbaycanın maraqlarına cavab vermirdi. Rəsmi Yerevan bununla Azərbaycana təzyiq etməyi planlaşdırırdı: "Ermənistanın bu deustiriktiv mövqeyindən sonra rəsmi Bakı "B" planını işə salmış oldu.  Zəngəzur dəhlizinin açılmamasında təkcə Ermənistan deyil, Rusiya da  maraqlı deyildi. Yerevanın danışıqlar yolu ilə  "dəhliz" verməcəyini daima qeyd etmişdim. Əlavə alternativ olaraq Cənubi Azərbaycandan  40 km-lik məsafədə yol çəkilməsini daha məqsədə uyğun  uyğun olduğunu bir ay bundan əvvəl "Hüriyyet" tv efirində qeyd etmişdim.  Zəngəzur dəhlizindən Yerevan imtina etməklə, Ermənistan Azərbaycan ərazisidən istifadə edərək Rusiya ilə dəmiryol əlaqəsi qura bilməyəcək. Bununla  Ermənistanın Azərbaycana qarşı nəqliyyat məsələsindən "təzyiq" etmək siyasəti fiaskoya uğradı. Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü Qarabağda etnik ermənilərin yaşadığı ərazilər daxil olmaqla tanıyarsa, iqtisadi blokadadan çıxacaq. Türkiyə ilə Ermənistan arasında gedən  danışıqlarda Azərbaycanın ərazi bütövlüyünün tanınması  şərt kimi irəli sürülüb. Ermənistanın çıxış yolu yoxdur. Arxalandığı və ümid etdiyi Rusiyanın hərbi dəstəyindən məhrum olur. Rusiyanın Ukraynada siyasi-hərbi uğursuzluğu, bu ölkəyə tətbiq olunan sanksiyalar bunu şərtləndirir. Bununla da Ermənistan ordusunun komplektləşdirilməsi də mümkün olamyacaq. Demək, Ermənistanın çıxış yolu Azərbayacanın ərazi bütövlüyünü və beş maddəlik sülh şərtlərinin qəbulundan keçir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31