Bu fəlakətlərdən sonra Moskvanın göz yaşlarına heç kim inanmayacaq

"İmperiya iddiaları Rusiyanı və ümumilikdə dünyanı görün, nə günə qoyub. Ukrayna ilə müharibənin vaxtı uzandiqca, insan təlafatlarının sayı artdıqca Rusiyanın fəlakətli vəziyyəti daha da ağırlaşacaq". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib ki, Ukrayna Rusiya müharibəsinin taleyinin həll olunduğunu demək hələlik tezdir. Lakin bu müharibədən sonra dünyanın siyasi və iqtisadi arxitekturası dəyişəcək: "İqtisadi tənəzzülün, fantastik bahalaşmanın, böyük maliyyə itkilərinin baş verməsi gözləniləndir. Amma burada bir maraqlı tendensiya ortalığa çıxmaqdadır. Bu da ondan ibarətdir ki, artıq dünya imperiya iddialarına yox deyir! Ukraynada dağıntıları, dinc insanların rus silahlıları tərəfində amansızlıqla qətlə yetirilməsi səhnələrini görən dünya ictimaiyyəti müharibə cinayətlərini törədənləri heç zaman bağışlamayacaq. Bu fəlakətlərdən sonra Moskvanın göz yaşlarına heç kim inanmayacaq

Bundan əlavə  müstəqil dövlətlərə qarşı imperiya ideoloqlarının süni olaraq yaratdığı  təhdid rıçaqları tədricən aradan qalxacaq. Həmçinin separatizmin keçmiş SSRİ məkanındakı müstəqil dövlərlər üçün çox ağır bəla olduğunu çoxları anlamaqdadır. Separatizmin kökününün kəsilməsi  regionun sabitliyi üçün vacib faktotlardan biri olacaq. İmperiya iddialarından və separatizmdən əziyyət çəkən  ölkələr baş vermiş Rusiya Ukrayna müharibəsindən ciddi nəticələr çıxarıb regionda sabitliyin möhkəmlənməsində  vahid platformadan çıxış etməyə məhkumdurlar. Müşahidələr göstərir ki, Rusiya Ukrayna müharibəsi uzun müddət çəkməyəcək. Postmüharibə dövründə  isə  qanlı qətllərdə rolu olan şəxslərin beynəlxalq məhkəmə qarşısına çıxarılması şübhəsizdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31