“Qərb Rusiyanın 300 milyard dollarlıq qızıl ehtiyatını dondurub” – Maliyyə naziri
13 Mart 2022 17:11 SiyasətQərb ölkələri Rusiyanın 300 milyard dollarlıq qızıl ehtiyatını dondurub.
Bu sözləri Rusiyanın maliyyə naziri Anton Siluanov "Rossiya 1" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu Rusiyanın ehtiyatlarının yarısı deməkdir: "Bizdə ehtiyatın cəmi 640 milyard dollardır. Onun 300 milyard dolları dondurulub"-deyə o vurğulayıb.
Siluanov deyib ki, Rusiya özünün dövlət borcu ilə bağlı öhdəliyindən imtina etmir. Amma Qərb dondurma ilə bağlı qərarı ləğv etməyənə qədər Rusiya rubl ilə ödəniş edəcək.
"Bizim qızıl-valyuta ehtiyatımız, Milli Rifah Fondunun ehtiyatı dondurulub. Bizim xarici borcları ödəməklə bağlı problemlərimiz yaranəb. Biz bu borcu ödəməkdən imtina etmirik. Amma nə qədər ki, qərar dəyişməyib bunu rublla ödəyəcəyik"-deyə nazir bildirib.