Azərbaycan XİN: "İran ilə əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik"
12 Mart 2022 15:56 SiyasətAzərbaycan və İran arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.
Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib.
"Bu gün Azərbaycan və İran arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə İran hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və İran arasında əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik", - nazirlikdən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31