“Ukraynada atəşkəsin əldə edilməsi ən önəmli şərtlərdən biridir” - Hikmət Hacıyev

Dünən Azərbaycan və Türkiyə prezidentlərinin görüşündə Ukrayna məsələsi də müzakirə edilib.

Olaylar.az bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada barışın əldə edilməsi üçün çox böyük səy göstərir.

"Biz də düşünürük ki, ilk növbədə Ukraynada atəşkəsin əldə edilməsi ən önəmli şərtlərdən biridir. Azərbaycan da humanitar əsaslarla Ukrayna və Ukrayna xalqına yardımlar edib", - Hikmət Hacıyev vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31