"Azərbaycan və Türkiyə həmişə sülhün və barışın tərəfdarıdır" - Hikmət Hacıyev

"Dünən Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Ukrayna və Ukrayna ətrafında baş verən hadisələr barəsində də müzakirələr aparılıb. Azərbaycan və Türkiyə həmişə sülhün və barışın tərəfdarıdır".

Olaylar.az bildirir ki, bunu Azərbaycanı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Real tv"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, dövlət başçıları da bu müharibənin dayandırılması istiqamətində beynəlxalq platformalarda və ikitərəfli əsasda olan bütün fürsətlərdən istifadə edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31