Azərbaycan Moldovaya yardım edib - Nazirdən təşəkkür
9 Fevral 2022 14:06 Siyasət"Mən Azərbaycana təşəkkür etmək istəyirəm. Azərbaycan pandemiya dövründə Moldova xəstəxanalarına yardım göstərib". "Olaylar" xəbər verir ki, bunu Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi brifinqdə deyib. "Bu, əlaqələrimizin daha da güclənməsinə, həm də xalqların yaxınlaşmasına yardımçı oldu", - deyə Moldova rəsmisi vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31