Parlament nümayəndə heyəti Estoniya Brifinq Mərkəzində olub

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Estoniya Respublikasına rəsmi səfəri çərçivəsində Tallində Elektron Estoniya Brifinq Mərkəzində olub. Olaylar xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə Estoniya Brifinq Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, 2009-cu ildə Qeyri Hökumət Təşkilatı kimi yaradılmış e-Estoniya bu gün Estoniya Biznes və İnnovasiyalar Agentliyinin bir hissəsidir. Brifinq Mərkəzi ölkənin rəqəmsal xidmətlər sahəsində təcrübəsinin təşviqində  mühüm rol oynayır.Milli Məclisin nümayəndə heyəti Brifinq Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31