Kütləvi məzarlıqlar: Bakı nələrə nail ola bilər?

"Ermənistan 8 erməninin əvəzinə I Qarabağ müharibəsində kütləvi məzarlıqların koordinatlarını Azərbaycana verəcək. Mina xəritələrinin tam dəqiq olmaması bu məsələdə də İrəvana inamı azaldır, hərçənd, razılaşmanın əldə edilməsi və prosesin inkişafı fonunda  çox vacib məqam var". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, onlardan birincisi Ermənistan I Qarabağ müharibəsində kütləvi qətllər törətdiklərini etiraf edir və bunu Qərb platformasında aparılan danışıqlarda qəbul etməsi sonradan təkzib imkanını azaldır. İkincisi, tapılacaq kütləvi məzarlıqların hər birindən Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinin bir sübutu kimi istifadə etmək imkanı yaranır: tapılacaq məzarlıqların hər birində Quba Soyqırımı Memorial Kompleksi kimi abidə yaradıla bilər;  Üçüncüsü, bu istiqamətdə əldə edilcək nəticələr beynəlxalq aləmdə Ermənistanın və erməni diasporunun uzun illər apardığı təbliğat qarşısında əlimizi daha da gücləndirəcək".

Onun bildirdiyinə görə, Azərbaycanın bu razılaşmaya nail olması əlavə iki kontekstdə də diqqət çəkir: "I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi istiqamətində aparılan iş dövlətə inamın güclənməsi baxımından əhəmiyyətlidir: cəbhəyə gedən əsgər anlamalıdır ki, dövlət onun taleyinə biganə qalmayacaq. Minlərlə vətəndaşımız 30 ildən sonra da olsa doğmasının taleyini biləcək. Bakı saxlanılan ermənilərdən maksimum nəticə əldə etmək üçün səmərəli şəkildə istifadə edir. Razılaşma prosesin başlanğıcıdır və davamında Bakının əsas tələblərindən biri təkcə kütləvi məzarlıqlar yox, həm də əsirlərin taleyi olacaq. Saxlanılan digər ermənilər də bu prosesdə istifadə edilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31