Prezident İlham Əliyev “Azəristiliktəchizat”-la bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Y.M.Həsənovun "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam verib.

Olaylar.az xəbər verir ki, Sərəncamla Yaşar Məmmədəli oğlu Həsənov "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilir.

"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31