Mirqafar Seyidov təqaüdə göndərildi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovu təqaüdə göndərib.

Nazirin əmri ilə general-mayor Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, Mirqafar Seyidov 2014-2021-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31