Azərbaycanla enerji sahəsində tərəfdaşlığa sadiqik - Oliver Varhelyi
4 Fevral 2022 21:02 SiyasətAzərbaycanla enerji sahəsində tərəfdaşlığa sadiqik.
Olaylar.az bildirir ki, bunu Azərbaycanda səfərdə olan Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, bu gün dünyada enerji resurslarında qıtlıq var və ona görə də etibarlı partnoylara ehtiyacımız var. Azərbaycan da o etibarlı tərəfdaşlardan biridir.
"Cəbub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli böyük əhəmiyyət daşıyır. Bu gün Qərbi Balkanlar enerji çatışmazlığından əziyyət çəkir. Hesab edirik ki, Azərbaycan bu çətin vəziyyətdən çıxmaq üçün Qərbi Balkanlara da yardım edə bilər", - o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31