Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa böyük diqqət yetirir - Ceyhun Bayramov

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa böyük diqqət yetirir.

Olaylar.az bildirir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə birgə mətbuat konfransında deyib.

C.Bayramov bildirib ki, Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın etibarlı tərəfdaşı olub.

O qeyd edib ki, 2021-ci ilin uğurlu nəticələri bu gün müzakirə edilib.

"2021-ci ildə Avropa ölkələri 8.2 milyard kubmetr qaz alıb, növbəti illərdə bu həcmin artırılması müzakirə mövzusudur. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin iclasında bu məsələlər ətraflı müzakir edilib", - deyə nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31