Sahibə Qafarovanın başçılıği ilə parlament nümayəndə heyətinin Litvada səfərdə olub

Fevralın 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıği ilə parlament nümayəndə heyəti Litva Respublikasına rəsmi səfərə gəlib. 
Vilnüs Beynəlxalq Hava Limanında nümayəndə heyətimizi Litva Seyminin İqtisadiyyat komitəsinin sədri, Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun rəhbəri Kazis Starkeviçus, Litvanın Azərbaycandakı səfiri Egidiyus Navikas, ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər zamanı Milli Məclis sədrinin Litva Respublikasının Prezidenti, ölkə  Seyminin sədri və digər rəsmi şəxslərlə bir sıra görüşləri nəzərdə tutulub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31