"Onlar da Mehdiyevlə birlikdə cəhənnəmdə yanmalıdırlar"

"Onun istefasını istəyənlərin çoxu yəqin ki, eyni mediada və ya sosial şəbəkələrdə onun şərəfinə qəsidə oxuyub".

Olaylar.az xəbər verir ki, bu fikirləri jurnalist Həmid Həmidov öz sosial şəbəkə hesabında paylaşıb.

O, Ramiz Mehdiyevin istefasını istəyənlərin də, R.Mehdiyevlə bərabər cəzaya layiq olduğunu qeyd edib.

"Mən bəlli səbəblərdən heç zaman Ramiz Mehdiyevin fanatı olmamışam. 

Amma bütün bu kampaniyaya baxırsan, alimlər, deputatlar qocanın istefasını tələb edirlər. Buna insan üzülür.

Çünki bir-iki il əvvəl belə bir söz demək onların heç birinin ağlına da gəlməzdi. Onun istefasını istəyənlərin çoxu yəqin ki, eyni mediada və ya sosial şəbəkələrdə onun şərəfinə qəsidə oxuyub.

Həmin alimlər, həmin deputatlar Mehdiyevlə birlikdə cəhənnəmdə yanmalıdırlar. Fərqləndirmədən qeyri-müəyyən müddətə eyni temperaturda tam yandırılmalıdırlar. Çünki onlar buna layiqdirlər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31