Avropa İttifaqı komissarı Hikmət Hacıyevlə görüşüb - FOTO
3 Fevral 2022 20:06 SiyasətAvropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Olaylar.az bildirir ki, Oliver Varhelyi bu barədə özünün "Twitter" hesabında bildirib.
"Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclası ərəfəsində biz Aİ-Azərbaycan enerji tərəfdaşlığından və enerji təhlükəsizliyinin əhəmiyyətindən danışdıq. Eyni zamanda, Aİ-nin İqtisadi və İnvestisiya Planı çərçivəsində tərəfdaşlığımızın gücləndirilməsini müzakirə etdik", - deyə, komissar əlavə edib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31