Macarıstan azad olunan ərazilərdə minaların təmizlənməsinə xüsusi diqqət yetirir - Nazir
3 Fevral 2022 16:16 SiyasətMacarıstanlı həmkarımla görüşümdə vurğulandı ki, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri istiqamətində ən böyük çətinliklərdən biri minaların təmizlənməsidir. Macarıstan tərəfi bu məsələyə xüsusi diqqət yetirir.
Olaylar.az bildirir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, macarlar bir il bundan əvvəl minatəmizləmə işlərinə könüllü şəkildə töhfə veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31