Adil Əliyev Gənclər günü münasibətilə keçirilən tədbirdə iştirak edib

Fevralın 2-də Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətində 2 fevral "Azərbaycan Gəncləri Günü" münasibətilə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər, habelə gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsində fəal rol oynayan ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. 
İştirakçılar ilk növbədə Nərimanov Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə güllər düzərək, dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev "Gənclər günü" münasibətilə iştirakçıları səmimi qəlbdən təbrik edib. Bildirib ki, 25 il bundan əvvəl ölkəmizdə Ümummilli Lider Heydər Əliyev tərəfindən gənclər siyasətinin əsasının qoyulması, bu siyasi kursun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan gəncliyi bir yumruq kimi dövlət başçısının ətrafında birləşərək Rəşadətli Ordumuzun tabeliyində Vətən müharibəsində böyük şücaətlər göstərdi. Qəhrəman övladlarımız fədakarlıq nümayiş etdirərək əzəli və əbədi torpaqlarımızı düşmən işğalından həmişəlik azad etdilər və bizə tarixi Qələbəmizi bəxş etdilər. 
Vitse-spiker  çıxışında intellektual, savadlı, vətənpərvər gəncliyin yetişdiyini qeyd edərək, ölkəmizin gələcək inkişafında gəncliyin üzərinə böyük vəzifələrin düşdüyünü diqqətə çatdırdı. Dünən dövlət başçısı tərəfindən imzalanmış "2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Sərəncamdan danışan Adil Əliyev bu Sərəncamın ölkəmizdə gənclər siyasətinə verilən yüksək qiymətin əyani təcəssümü olduğunu bildirib.
Dəyirmi masada çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Yusif Sadıqov, Nərimanov rayon Gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov və başqaları Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin gənc nəslin formalaşmasındakı müstəsna əhəmiyyətindən danışıblar.

Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Daha sonra gəncləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb. Gənclər ölkəmizdə onlara yaradılmış geniş imkanlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 
Tədbirin yekununda il ərzində fərqlənən gənclərə Milli Məclisin Gənclər və idman komitəsinin, habelə Nərimanov Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31