Gəncə Azərbaycanın digər  şəhər və rayonları kimi inkişaf yolundadır

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət həm Azərbaycanın regionun lider ölkəsinə çevrilməsini təmin edib, həm də ölkəmizdə bütün regionlar inkişaf və tərəqqi edib. Bu kontekstdə cənab Prezidentin Gəncəyə son səfəri də Azərbaycanın hərtərəfli inkişaf  konsepsiyasının tərkib hissəsi kimi dəyərləndirilməlidir"

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə dövlət başçısının həyata keçirdiyi siyasət fonunda ölkəmizin iqtisadi qüdrəti artıb: "Məhz bunun  nəticəsidir ki, hazırda təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, bütün bölgələrin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Daha dəqiqliklə ifadə etsək bütün bölgələr, bölgəlırin inkişafına hesablanmış hər bir layihə şəxsən dövlət başçısının diqqət mərkəzindədir".

V.İskəndərov deyib ki, bütün bunlar Gəncənin timsalında bir daha öz təsdiqini tapır: "Əvvəla onu deyim ki, bu, Azərbaycanın ikinci böyük şəhərinə cənab Prezidentin sayca 18-ci səfəridir. Bu illər ərzində şəhərdə reallaşdırılan infrastruktur layihələri, atılan addımlar, görülən genişmiqyaslı işlərin hamısı haqqında məlumatı bir açıqlamaya sığıdırmaq olmaz. Sadəcə bir neçəı faktə qeyd etmklə görülən işlərin miqyasını təsəvvürə gətirmək mümükdür. Əvvəla Gəncədə elektrik enerjisi ilə təchizat tam öz həllini tapıb. Ötən illər ərzində burada 10 yarımstansiya tikilib və ya təmir edilib. Həmçinin qazlaşdırma layihəsi də tam icra edilib. Mühüm infrastruktur layihələrindən danışarkən onu da vurğulamalıyıq ki, hazırda 800 milyon manat dəyərində içməli su layihəsi icra edilir. Məhz bu layihənin icrası nəticəsində Gəncənin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Onu da xatırladım ki, səfər zamanı dövlət başçısı layihənin icrasının sürətləndirilməsini tapşırdı. Yol-nəqliyyat infrastrukturuna gəlincə, qeyd edim ki, Bakı-Gəncə avtomobil yolu və Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda əsaslı təmir işləri aparılıb. Həmçinin Gəncəyə Bakıdan dəmir yolu xətti tam modernləşdirilib və xəttə sürətli qatarlar buraxılıb. Eyni zamanda Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl dövlət başçısının təşəbbüsü ilə yenidən qurulub".

Deputat vurğulayib ki, cənab Prezidentin diqqət və qayğısı nəticəsində ötən illər ərzində Gəncədə mədəniyyət, səhiyyə və təhsil sahələrində də mühüm addımlar atılıb: "Belə ki, 245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb: "Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib, tədris korpusu yenidən qurulub. Bundan başqa Dövlət Filarmoniyasının və Dram Teatrının yeni binaları tikilib".

Dövlət başçısının bu səfəri zamanı da bir sıra obyektlərinin açılışın olduğunu xatırladan deputat onu da qeyd edib ki, regionların sosial-iqtosadi inkişafı cənab İlham Əliyevin siyasətində hər zaman ilk sıralarda dayanıb: "Məhz bu konteksdə regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramlaırnın uğurla icrası nəticəsində nəinki şəhər və rayonlar, hətta ucqar kəndlər də inkişaf edib. Biz bu gün bunu müasir Gəncənin timsalında acıq-aydın görürük".

V.İskəndərov bildirib ki, bu gün inkişaf edən Gəncəyə baxarkən həm də ötən əsrin 90-cı illərinin əvvəllərində baş verənləri də kədər hissi ilə xatırlayırıq: "1990-cı illərin Gəncəsi ilə müasir Gəncə arasında müqayisə apararkən nəyi görürük? 1990-cı illərin Gəncəsi deyəndə təəssüflrə olsun ki, xatirimizə işıqsız, qazsız və yollarsız Gəncə, sosial gərginlik, AXC hakimiyyəti dövründə şəhərin həm də siyasi və hərbi gərginlik ocağına çevrilməsi, hakimiyyətin şəhəri bombalamaq planı, hərbi qarşıdurmalar və s. gəlir. Bu gün görülən bütün işlərə qara yaxmaqla məsğul olan radikal müxalifətin idarəçiliyi dövründə Gəncə olmazın problemlərə tuş gəldi. Şükürlər olsun ki, artıq həmin günlər arxada qalıb. AXC hakimiyyətinin idarəçiliyi dövründən fərqli olaraq bu gün Gəncə öz inkişafına görə hətta Avropanın şəhərləri ilə eyni sırada durmaq iqtidarındadır.Bu gün Gəncə Azərbaycanın digər  şəhər və rayonları kimi inkişaf yolundadır. Cənab prezidentin ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı müddəaları, hər yerdə olduğu kimi, Gəncə şəhərində də həyata keçirilməkdədir. Əsasən də ölkə başçısının məqsədi, ölkənin digər şəhər və  rayonlarının Bakı şəhəri ilə eyni səviyyədə inkişaf olunmasıdır. Bu artıq dövlət proqramında mərhələli şəkildə həyata keçirilməkdədir.

     Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31