“Müxalifət haqqında” qanunun qəbul olunması təklif olundu

"Azərbaycanda "Müxalifət haqqında" qanun qəbul olunmalıdır". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında deputat Fazil Mustafa bildirib. Onun sözlərinə görə, Azərbaycanda müxalifətin fəaliyyəti dəqiq müəyyən edilməyib: "Hesab edirəm ki, bu qanunun qəbul edilməsi çox vacibdir. Biz bununla bağlı təklifləri hazırlayıb təqdim etmişik". F. Mustafa, həmçinin deyib ki, bu qanunun qəbulu ilə müxalifətçilik fəaliyyətinin çərçivələri müəyyənləşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31