Şuşa Bəyannaməsi ratifikasiya olunur
28 Yanvar 2022 11:00 SiyasətAzərbaycan Respublikası Milli Məclisinin yas sessiyasının ilk iclası 2022-ci il fevralın 1-də keçiriləcək. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisdən verilən məlumata görə artıq iclasın gündəliyi təsdiq edilib. İclasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31