Erməni təxribatı Qaregin Njdenin timsalında davam edir

"Alman faşistlərinə xidmət edən Ermənistanın "milli qəhrəmanı" elan olunmuş faşist cəlladı, satqın Qaregin Njdenin Xocavənd rayonun mərkəzində heykəl qoyulması növbəti erməni təxribatıdır". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib ki, II Dünya müharibəsinin başlanğıcında  sözügedən faşist cəllad Njde  Hitler Almaniyası ilə əməkdaşlıq etmişdir: "O, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agenti cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Sovet Ordusunun arxa cəbhəsinə atılmasında iştirak etmişdir. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak etmışdir. 1942-ci ildə o, SSRİ-yə  qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur"Bu  da onu göstərir ki, erməni faşizmi  Hitler faşizmindən daha qəddar olub". Onun sözlərinə görə, Qarabağdakı Rusiya sülhməramlıları bu məsələdə öz məsuliyyətlərini dərk etməli, heç vəchlə erməni təxribatlarının baş verməsinə imkan verməməlidirlər. Əks təqdirdə bu  sülhməramlılar  nüfuzlarını itirəcəklər: "Təbii ki, Azərbaycanın regiona gətirdiyi sülh, təhlükəsizlik, inkişaf, iqtisadi əməkdaşlıq  təşəbbüslərinə  qarşı çıxmaq istəyən erməni təxribatı cavabsız qalmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31