Deputat Şahin Seyidzadə seçicilərinə növbəti fəaliyyət hesabatını təqdim edib
27 Yanvar 2022 12:06 Siyasət50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputat Şahin Seyidzadə seçicilərinə növbəti hesabatını təqdim edib. Hesabatda 2020-2021-ci illəri əhatə edən statistik məlumatlarla yanaşı, eyni zamanda ictimai-siyasi fəaliyyətlər haqqında məlumatlar öz əksini tapıb. Fəaliyyət dövrü ərzində, deputat tərəfindən ümumilikdə fərdi və onlayn qaydada 56 qəbul keçirilib, vətəndaşlar tərəfindən deputatın ünvanına 1451 müraciət daxil olub: "Qeyd etmək istərdik ki, bu hesabat deputatın fəaliyyət dönəmini əhatə edən sayca 4-cü hesabatıdır. Bundan əvvəl olan hesabatlarla yanaşı bu hesabatın da fəaliyyət dönəmi ərzində deputata müraciət etmiş vətəndaşların evlərinə poçt vasitəsi ilə göndərilməsi nəzərdə tutulmuşdur".
Facebook link: https://www.facebook.com/shahin.seyidzade/posts/2747991868680730?