Üfüqdə türk kəşfiyyatı var

Türkiyənin ilk kəşfiyyat gəmisi TCG Ufuk prezident Ərdoğanın da iştirak etdiyi mərasimdə dənizə buraxıldı. Bu xəbər dünyanın aparıcı hərbi müdafiə üzrə nəşrlərində geniş işıqlandırıldı. Türkiyənin bu sahədə ilk 10 ölkə sırasına daxil olduğu bildirildi.

"OLAYLAR" xəbər verir ki, Türkiyənin  ilk tcg "üfüq" kəşfiyyat gəmisi, milli və yerli avadanlıqları ilə  ingilisləri, fransızları və çinliləri qısqanmağa məcbur etdi!

İngiltərənin Janes Defence, "TCG Ufuk gəmisi sərt iqlim və dəniz şəraitində açıq dənizdə 45 gün tapşırığı yerinə yetirə bilər" deyərkən, Çinin Xinhua rəsmi xəbər agentliyi, "Türkiyə belə bir gəmiyə sahib dünyanın 10 ölkəsindən biri oldu" ifadələrinə yer verdi. Fransanın Navalnews nəşri isə gəminin texniki xüsusiyyətlərinə diqqət yetirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimdə dənizə buraxılan TCG Ufuk gəmisinin komanda idarəetmə, elektronika, sınaq və təlim sistemi avadanlıqlarını Aselsan yerinə yetirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31