Azərbaycan MDB sazişinə dəyişikliklər barədə Protokolu qeyd-şərtlə təsdiqləyib
25 Yanvar 2022 14:49 SiyasətPrezident İlham Əliyev "Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Qanunda qeyd edilir ki, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış "Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol" Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31