Kərəm Mustafayevin qardaşına yeni vəzifə verildi
25 Yanvar 2022 12:42 SiyasətDaxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Ağdaş rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rasim Mustafayevə yeni vəzifə verib.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazirin əmri ilə R.Mustafayev şöbə rəisi vəzifəsindən çıxarılaraq nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, Rasim Mustafayev Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin qardaşıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31