Ermənistanın cinayətləri ilə bağlı xüsusi dinləmə keçiriləcək
24 Yanvar 2022 10:57 SiyasətErmənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı xüsusi dinləmə keçiriləcək.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.
Belə ki, komitənin iş planında Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmə keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyası yanvarın 17-dən başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31