“20 Yanvarda sovet ordusunu Bakıya çağırmağım barədə deyilənlər yalandır”- Sabiq baş nazir Artur Rəsizadə

"20 Yanvarda sovet ordusunu Bakıya dəvət etməyim barədə deyilənlər yalandır".

Olaylar.az bildirir ki, bu sözləri modern.az-a verdiyi müsahibəsində Azərbaycanın sabiq baş naziri Artur Rəsizadə faciə ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, belə bir müraciət üçün heç səlahiyyəti də olmayıb: "Respublikanın Birinci katibi, ikinci katibi, Baş naziri yerində ola-ola Baş nazirin müavini Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?!"

Sabiq Baş nazir bildirib ki, SSRİ-də iqtisadi bloka məsul olan şəxslərin bu cür teleqramlar göndərməyə heç vaxt olmayıb: "Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın Baş nazirinin müavini Mərkəzi Komitənin Baş katibinə məktub ya da teleqram göndərsin. Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?! Əlbəttə yalandır..."-deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31