Türkiyə səfiri Azərbaycan xalqına başsağlığı verib
20 Yanvar 2022 10:20 SiyasətTürkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
"OLAYLAR"-in xəbərinə görə, diplomat bununla bağlı tviter səhifəsində paylaşım edib.
"Bu gecə qərənfillərin ağladığı gecə, bu gün Günəşin doğmadığı gündür. 1990-cı il yanvarın 20-də Bakıda müstəqillik, azadlıq uğrunda şəhid olan can qardaşlarımızın xatirəsini hörmət və ehtitamla anırıq. Ruhları şad, məkanları cənnət olsun. Onları unutmayacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31