Mədəniyyətimizə,  multikultural dəyərlərə verilən önəmin bariz nümunəsi - Vüqar İsgəndərov

Prezident İlham Əliyevin  xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin  heykəlinin  açılışı zamanı çıxışı ilə əlaqədar  millət vəkili Vüqar İsgəndərov Olaylar.az-a açıqlama verib. 

O, bildirib ki:  "Bildiyiniz kimi,  heykəl İçərişəhər metrostansiyasının qarşısında ucaldıldı . Cənab prezident açılış zamanı bir çox önəmli məsələləri qeyd etdi.  Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üçün müsabiqə elan etmişdi və müsabiqəyə təqdim olunan layihələr arasında  xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib olundu.

İlham Əliyev abidənin ucaldılması ilə bağlı sərəncamı 2020-ci ldə imzalayıb.  Artıq həmən gözəl, əzəmətli heykəl cənab prezidentin seçdiyi əraziyə qoyuldu. Prezident İlham Əliyev söylədi ki, H.Z.Tağıyev çox zəngin adam idi. Amma çox kasıb bir ailədə böyümüşdü və sərvətini  zəhməti hesabına qazanıb. Əsas məsələ budur ki,  tarixdə zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalıb. Əgər o, xeyriyyəçi olmasaydı, yəqin ki, Azərbaycan xalqının yaddaşında  qalmazdı. Onun təşəbbüsü ilə bir çox  vacib layihələr icra olunub. Ən əsasda  Bakıya şollar suyunun gətirilməsi qeyd olunmalıdır. Bu gündə ondan istifadə olunur. Bakı və Sumqayıt təmiz, içməli, şollar suyu ilə təmin olunur. Həmin kəmərin çəkilməsi Tağıyevin öz vəsaiti hesabına olunmuşdur. Daha sonra bir çox tarixi abidələr olan Bakı teatr binası, sənaye müəsissələri, qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Müsəlman dünyasında ilk dünyəvi məktəb məhz Bakıda qızlar üçün H.Z.Tağıyevin vəsaiti ilə yaradılmışdı. Bu gün Bakıya gözəllik verən memarlıq abidələri var, həm müəllifi, həm də təşəbbüskarı H.Z.Tağıyev olmuşdur.  Bakının bir çox yerlərində həmin əzəmətli binalar şəhərimizə gözəllik verir.  H.Z.Tağıyev Quran-i Kərimi də Azərbaycan dilinə tərcümə etdirmişdir. Həmçinin onun təhsillə bağlı xüsusi təşəbbüsləri olub. Eyni zamanda Naxçıvanda, Şamaxıda, Gəncədə, Gürcüstanda azərbaycanlıların yaşadıqları hər bölgədə onun vəsaiti hesabına məktəblər açılıb. İlham Əliyev müasir dövrümüzə nəzər saldıqda  həmin ənənənin bu gündə davam etdirildiyini bildirdi. Bu  sahədə Cənubi Qafqazda  Heydər Əliyev Fondunu ən böyük xeyriyyəçi fond kimi qeyd etdi. 20 ilə yaxındır ki,  bu fond yaradılıb və bütün illər ərzində əsas məqsədi insanlara kömək göstərmək, təhsil, mədəniyyət, səhiyyə, incəsənt, elm sahələrinə tövhə verməkdir. Cənab prezident fondun gördüyü bir çox işləri qeyd etdi. Hazırki qələbəmizdən sonra Şuşada, Qarabağda, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bu gün bərpa edilir. Zəngilan Şəhər məscidi, Hadrutda yeni şəhər məscidlərinin tikintisi bu fond tərəfindən həyata keçirlir. Bu həmin ənənənin davam etdirilməsidir. Cənab Prezidentin  özünün təşəbbüsü ilə yaradılan Qarabağ Dirçəliş  Fondu, YAŞAT  Fondu, Azərbaycan vətəndaşları, xalqımız, insanlarımız da könüllü olaraq bu təşkilatlara  təqdim edirlər. Bu gün də yüzlərlə qazimiz həmin vəsaitlər hesabına ölkəmizdə, xaricdə müalicə alır, sağlamlıqlarını bərpa edirlər. Onların hər biri Azərbaycanda bu böyük xeyriyyəçilik ənənənəsinin davam etdirilməsində bariz nümunə kimi də qeyd olunmalıdır. Ümumiyyətlə cənab prezident H.Z.Tağıyevin abidəsinin Bakıda ucaldılması ilə bağlı Azərbaycan xalqını təbrik etdi və qeyd etdi ki, bu həm də xalqımız, tariximiz və millətimiz  qarşısında  H.Z.Tağıyev kimi digər görkəmli  şəxslərimizin də xidmətləri daima xalqımızın qəlbində yaşayacaqdır.  Bu həm də ölkə rəhbərinin mədəniyyətimizə, multikultural dəyərlərə veridiyi önəmin bariz nümunəsi kimi qeyd edilməlidir və bu siyasət ölkə rəhbərliyi tərəfindən çox uğurla aparılır və ölkəmizin bu sahələrdə  bütün dünyaya tanınmasında əvəzsiz rol oynayır"

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31