Deputat Sədaqət Vəliyeva qazilərlə görüşüb

Milli Məclisin deputatı Sədaqət Vəliyeva qazilərlə görüş keçirib.

"OLAYLAR" xəbər verir ki, görüş zamanı dövlətimizin şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açan Sədaqət Vəliyeva, qazi və şəhidlərin Vətən müharibəsində göstərdiyi rəşadətdən danışıb.

Eyni zamanda Sədaqət Vəliyeva şəhid ailələrini və qaziləri qayğılandıran məsələləri dinləyib.

Qazilər də göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31