Prezident İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı olub.

Olaylar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, telefon danışığı zamanı prezidentlər Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Əliyevlə Putin, həmçinin, Ukraynadakı vəziyyəti və Rusiya Federasiyasının ABŞ və NATO ilə təhlükəsizlik təminatlarına dair danışıqları, Ukraynanın daxili nizamlanması məsələləri barədə fikir mübadiləsi aparıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31