Füzuli beynəlxalq aeroportuna müntəzəm aviareyslərlə bağlı danışıqlar aparılır - Nazir müavini
18 Yanvar 2022 12:39 SiyasətFüzuli beynəlxalq hava limanına müntəzəm aviareyslərin yerinə yetirilməsi üzrə danışıqlar aparılır.
Olaylar.az bildirir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.
"Bu gün həmin hava limanına müntəzəm aviareyslər həyata keçirilmir. Füzuli beynəlxalq hava limanı müntəzəm reyslərin qəbuluna başlayandan sonra avtobusların hərəkətinin aviareyslərə uyğun uzlaşdırılması təmin olunacaq", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31