Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb
17 Yanvar 2022 19:00 SiyasətAzərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 17-də Monteneqro parlamentinin sədri Aleksa Beçiç ilə görüşüb.
Olaylar.az xəbər verir ki, Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi, A.Beçiçin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olundu.
Həmçinin, Azərbaycan ilə Monteneqro arasında ticari-iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edildi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31