TARİXİMİZİN GÖZÜMÜZ QARŞISINDA SAXTALAŞDIRILMASI

İştirakçısı olduğumuz hadisələrin gözümüz qarşısında həyasızcasına saxtalaşdırılması... 4 sinif rus bölmələrində keçirilən "Rus dili" dərsliyində Azərbaycan tarixinin şanlı səhifəsi olan və dünyaya bir sülhsevər və əlyalın olaraq sovet qoşunlarının işğalına qarşı dinc aksiyanın 20 YANVAR-da sovet-rus qoşunlarının xalqımıza tutduğu amansız vəhşilik tamamilə təhrif olunaraq təqdim edilib . Və bu da gələcək nəsillərə tam yanlış formada çatdırılır. Özü də Azərbaycan Təhsil Nazirliyinin hazırladığı kitabda....

Guya həmin gün sovet-rus qoşunları faciədən xalqı xilas edib... Və AXC döyüşçüləri ilə Bakı küçələrində silahlı toqquşması və döyüşü nəticəsində 170 nəfər ölüb, 400 nəfər yaralanıb. Əhsən belə bir dərsliyi hazırlayan dövlət qurumuna...

Hansı ki, o zaman insanlar sovet-rus qoşunlarının şəhərə girib qanlı olaylar törətməməsi üçün əliyalın dinc aksiyalar keçirib. Hətta şəhərdə istənilən və gözlənilən təxribatların qarşısını almaq üçün AXC və aksiya iştirakçılarından ibarət dəstələr yaradılıb...

Çünki artıq SSRİ KQB-si Azərbaycan xalqının erməni faşizminə və işğalına qarşı qoyduğu vahid və qətiyyətli mövqeyi qırmaq üçün yanvarın 13-dən etibarən Bakıda süni iğtişaşlar yaratdı...Xalqın diqqətini Qarabağdan yayındırmaq üçün... Dərslikdə qeyd edildiyinin əksinə olaraq AXC və milli-azadlıq hərəkatının üzvləri hər vəchlə erməni maraqlarına xidmət edən Moskvanın və hakimiyyətin bu iğtişaşların qarşısını almağa çalışırdı. Bax beləcə öz əlimizlə heç də uzaq olmayan tariximiz gözümüz qarşısında saxtalaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31