Prezident sərəncam imzaladı - Müddət Uzadıldı

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.

Məcəllənin 164.1.51-ci maddəsində "2 il" sözləri "3 il" sözləri ilə əvəz edilib.

Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti 2023-cü ilin yanvarın 1-dək artırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31