Ermənilər çirkin, mundar, düşmənçilik hərəkətlərini davam etdirir - DEPUTATDAN SƏRT REAKSİYA
13 Yanvar 2022 13:43 Siyasət"Ermənilər müəyyən kənar himayədarlarının, havadarlarının kölgəsində yaşayıblar. Elədikləri bütün qələtlər, hərəkətlər, mundarlıqlar onların himayəsi altında olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəni şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün də bu himayədarlıq davam edir: "Ermənilər özlərinə yox, onlara arxayın olaraq öz çirkin, mundar, düşmənçilik hərəkətlərini davam etdirirlər. Yəni cəbhəboyu ərazilərimizdə təxribatlar törədirlər. Təbii ki, onlar cavablarını artıqlaması ilə almalıdır. "Dəmir yumruq" onların başını əzməlidir. Ermənilər insan kimi xoşluqla, sülh yolu ilə başa düşən toplum deyil. Bu gün təxribatlar təkcə sərhəd bölgələrində deyil, həmçinin rus hərbçilərinin himayəsi altında respublikamızın ərazisində də təxribat törədirlər. Bütün bunların qarşısı alınmalıdır.
İlk növbədə bizim ərazilərimizdən onlar təmizləməli, sərhədlərimiz möhkəmləndirilməlidir. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycanın sərhəd bölgələrini, hərbi postları təhlükədən qorunur. Amma burada bizə mane olan qüvvələr var. Rus hərbçiləri burada ermənilərə himayərlıq edir, onlarla birlikdə təlim keçirirlər. Laçın dəhlizindən mülki geyimdə erməni hərbçiləri gəlib-gedirlər. Ümumilikdə bütün bunların qarşısı alınmalıdır. Bu istiqamətdə cənab Prezident İlham Əliyev tərəfindən çox ciddi tədbirlər görülür. Onlar heç zaman bu terrorçu əməllərindən əl çəkməyəcəklər. Bunun tək bir yolu var. 44 günlük müharibə dövründə olduğu kimi onları darmadağın edərək sülhə məcbur etməliyik. Cənab Prezident dəfələrlə beynəlxalq platformalarda qeyd edib ki, artıq müharibə bitib, indi qonşuluqdan, sülhdən danışmaq vaxtıdır".