Qazaxıstan səfiri Azərbaycana təşəkkür edib

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Almatıdakı hadisələr fonunda göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.

Olaylar.az  Trend-ə istinadən xəbər verir ki, S.Abdıkarimov bunu səfirlikdə keçirilən mətbuat konfransında deyib.

Qazaxıstanda baş verən hadisələrin faciə olduğunu qeyd edən səfir Türk Dövlətləri Təşkilatı XİN rəhbərləri Şurasının videokonfransında ifadə etdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.

O bildirib ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev hazırda Nur-Sultan şəhərindədir. N.Nazarbayev ölkədəki vəziyyəti izləyir və ölkə prezidenti Kasım-Jomart Tokayevlə daimi təmasdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31