Əjdər İsmayılov  Qazaxıstanda 10 yanvar  Milli  Matəm  Günü ilə bağlı başsağlığı verdi

"Turan Araşdırma Mərkəzi" ictimai birliyinin sədri filoloq-tarixçi, türkoloq, professor Əjdər İsmayılov  Qazaxıstanda 10 yanvar  Milli  Matəm  Günü  ilə  əlaqədar öz feysbuk  səhifəsində   başsağlığı  verib.  Başsağlığında  deyilir-Turan elləri, bu gün amansız, xain əllər  qardaşlarımız olan Qazax Türklərinin Dövlətçilik tarixinə qanlı əllərini uzatmaqdadır. Qoy düşmən sevinməsin ki, onlar Qazax dövlətini məhv edə bilərlər. Qara-məkrli qüvvələr anlamalıdırlar ki, Qazax Türkləri öz Dövlətlərini canı-qanı bahasına qoruyacaq və müqəddəs bayraqları əbədiyyətə qədər məğrurla dalğalanacaqdır.

Əziz Qazax qardaşlarımız, sizinləyik! Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm!  Başın sağ olsun, Vətən- Turan elləri!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31