Qazaxıstanda dövlət zəif quruluşa və mexanizmə malik imiş
8 Yanvar 2022 11:31 Siyasət"Qazaxıstan hadisələrindən hələlik ilkin hasil olan nəticə budur ki, hər hansı xarici qüvvənin əlinin olub-olmamasından asılı olmayaraq bu ölkədə dövlət zəif quruluşa və mexanizmə malik imiş".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Pərviz Heydərov səsləndirib. o bildirib ki, o boyda ölkəyə belə zəif dövlət strukturu və idarəçiliyi nə vaxtsa öz faciəsini göstərməli idi:
"Ümumiyyətlə, ölkənin müstəqilliyi və mənafeyi ilə bağlı müəyyən qırmızı xətt deyilən bir şey vardır! Vəziyyət nəzarətdən çıxdığı təqdirdə Dövlət qan tökməyə belə hazır olmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31