Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü - FOTO

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb.

Olaylar.az xəbər verir ki, bu barədə pakistanlı səfir öz rəsmi tviter hesabında məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı tərəflər Pakistan və Azərbaycan arasındakı əlaqələri və 2022-ci il üçün prioritet məsələləri müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31