Zəfər qələbəsi dünya hərb tarixində bir yenilik idi

İstiqamət- Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə dünya hərb tarixində bir yenilik idi. Belə ki, Vətən müharibəsinin siyasi, iqtisadi, beynəlxalq əhəmiyyəti hələ də öyrənilməkdədir. Fakt odur ki, Zəfər qələbəsi regionda geosiyasi mənzərəni tamamilə dəyişdi. Millət vəkili Oqtay Əsədov qeyd edib ki, elə gün var ki, illər keçsə də həmin tarixi gün heç vaxt unudulmur, hər zaman böyük fəxarət hissi ilə xatırlanlr. Azərbaycanın dövlətçilik tarixinin ən şanlı, qızıl hərflərlə yazılan səhifəsini təşkil edən Vətən müharibəsinin birinci ildönümünü qeyd eydiyimiz 27 sentyabr da məhz belə günlərdəndir: "27 sentyabr Azərbaycanın Vətən müharibəsinə başladığı gündür. Həmin gün Qarabağda başlayan əks-hücum əməliyyatı təkcə Azərbaycanda deyil, bütün regionun tarixində dönüş nöqtəsi oldu. Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başladı. Haqq və şərəf işimiz olan, respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, dəmir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və regionda tamamilə yeni reallıq yaratdı. Sentyabrın 27-də başlayan müharibə 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atması ilə başa çatdı. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalandı. 44 gün davam edən və qələbə ilə başa çatan Vətən müharibəsi Azərbaycanın şanlı tarixinin səhifələrində yer aldı. Azərbaycan müharibə ərzində düşmən və onun havadarları ilə mübarizədə bütün cəbhələrdə qələbə qazandı. 44 günlük müharibə dünya hərb tarixi üçün də yeni səhifə oldu". Millət vəkili qeyd edib ki, Vətən müharibəsi həm də iqtidar-xalq birliyini bir daha göstərdi: "Vətən müharibəsi şəhidlərimizin qanı-canı bahasına bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımızı bir daha sevdirdi. Vətən müharibəsi xalqımızın sarsılmaz iradəsini göstərdi. Vətən müharibəsi Prezident İlham Əliyevin ətrafında birləşmiş böyük gücün rəmzi oldu.  Vətən müharibəsi xalqımızın milli kimliyini özünə qaytardı. Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2907 hərbi qulluqçusu şəhid oldu, 7 nəfər itkin düşmüş sayılır. Artıq 27 sentyabr  Azərbaycanda Milli anım günü kimi qeyd edilir.  Bu gün nəinki Azərbaycanda, dünyanın müxtəlif ölkələrində milyonlarla həmvətənimiz Qarabağın işğaldan azad olunması uğrunda canından keçmiş şəhidlərimizi yad edir. Artıq  Azərbaycan qalib xalqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib olmağımızla Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsi başlandı. İnanıram ki, iqtidar-xalq birliyi bundan sonra da davam edəcək, xalqımız Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək. Azərbaycanın bundan sonra da imzalar içində imzasının olacağına əminəm". Millət vəkili qeyd edib ki, sentyabrın 27-də başlamış və 44 gün davam edən Vətən müharibəsində Qələbə əldə edildi.  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin söylədiyi "Şuşa, sən azadsan" kəlmələri 30 illik Şuşa həsrətimizə son qoydu: "Dünya hərb tarixində iz buraxan Vətən müharibəsi xalqımızın məğrurluğunun, dövlətimizin hərtərəfli uğurlu siyasətinin təcəssümüdür. Vətən müharibəsi bütün dünyaya Azərbaycanın gücünü, qüdrətini göstərdi. Sentyabrın 27-də Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşdi, xalqın sözü də, əməli də bir oldu.  Qələbəyə aparan 44 gün xalqımızın milli birliyinin sarsılmaz olduğunu göstərdi. Cəmi 44 gün ərzində ermənilərin 30 ildə yaratdığı istehkamlar yarıldı. Düşmənin "Böyük Ermənistan" ideyası darmadağın edildi. Haqq savaşında qazanılan şanlı qələbəmizlə düşmən diz çökmək məcburiyyətində qaldı. Azərbaycanın qələbəsi ümumilikdə regionun geosiyasi mənzərəsini dəyişdi. Haqq yolunda olmağımız haqq savaşında qalib gəlməyimizdə əsas amillərdən biri oldu. Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Bu qüdrətli Ordu təbii ki, Prezident İlham Əliyevin ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri Ali Baş Komandanın ordu quruculuğu istiqamətində davamlı fəaliyyətinin məntiqi nəticəsidir. Artıq beynəlxalq səviyyədə də Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğu etiraf edilir. Bu gün işğaldan azad edilmiş torpaqlarımız, o cümlədən Şuşa bərpa və quruculuq dövrünü yaşayır. Dövlətimizin başçısı hər dəfə azad olunmuş rayonlara səfər edərkən təməlqoyma mərasimlərində iştirak edir, yeni açılışlara qatılır. Ötən il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yenidən Şuşaya səfərləri zamanı atılan addımlar da bunu deməyə əsas verir.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyublar. Daha sonra cənab Prezident və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar. Bir sözlə, əsas məqsəd soydaşlarımızın Böyük Qayıdışının tezliklə təmin edilməsi, bu torpaqlarda həyatın yenidən canlanmasıdır.

Alim Hüseynli

Yazı Azərbaycan  Respublikasının  Media İnkişafı Agentliyinin maliyyə dəstəyi  ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31