Şuşa  şəhərinin dünyaya tanıdılması üçün Şuşa ilinin elan olunması gözəl bir fürsətdir

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin  Şuşa İli elan edilməsi bağlı Olaylar.az-a açıqlama verən Millət vəkili  Vüqar İsgəndərov bildirib ki,  həqiqətən də  biz 44 günlük zəfər müharibəsində də gördük ki,  Şuşanın işğaldan azad olunması ilə artıq bu məsələ öz həllini tapmış oldu. Ona görə də, cənab Prezident  2022-ci ilin  Şuşa ili elan etməsi haqqında  sərəncam verdi. Bu sərəncamda bir çox məsələlər qeyd olundu. Belə ki,  Şuşa Azərbaycanın  tarixi, mədəni dəyərlərini özündə ehtiva edən qədim şəhərlərimizdən biridir. Şuşa bizim mədəniyyət beşiyimizdir. Çünki, bu şəhərdən kifayət qədər tək Azərbaycana yox, dünya səviyyəsində  çox önəmli insanlar doğulub.

" Ümumiyyətlə həm coğrafi, həm təbii gözəlliyi relyefi, bütün parametrlərdən baxanda bu şəhər  tək Azərbaycanın yox, Türk dünyasının incisi sayılmalıdır. Cənab prezident bütün  bu önəmli məsələləri  sərəncamda qeyd edib. Bilirsiniz ki, 2021-ci ildə Şuşada bir neçə yüksək səviyyəli festivallar və tədbirlər həyata keçirildi. Bu sərəncamla 2022-ci ildə də  Şuşa şəhərində yenidənqurma  bərpa işləri davam edəcək. Yəni Şuşanın öz koloritinə, arxitektura dəyərlərinə uyğun  bərpa işləri davam edəcək. Orada yeni  infrastruktur layihələri  inşa ediləcək. 2022-ci ildə də biz həm  bu işlərin surətlə davamını görəcəyik,  həm də yeni böyük beynəlxalq tədbirlərin, festivalların, mədəniyyət tədbirlərinin şahidi  olacağıq. Bu il   Şuşa  şəhərinin dünyaya tanıdılması üçün Şuşa ilinin elan olunması gözəl bir fürsətdir. Düşünürəm ki,  biz bu fürsəti ən gözəl şəkildə dəyərləndirəcəyik.  Şuşanı 2023-cü ildə Türk dünyasının paytaxtı olması üçün bütün əsaslar yaradacağıq və sözün əsl mənasında bu şəhərin   öz gözəlliyi, ilə dünyanın ən gözəl şəhərlərindən biri olduğunu bütün dünyaya sübut edəcəyik"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31