Milli Məclis yaz sessiyasına fevralın 1-də toplaşacaq
5 Yanvar 2022 14:50 SiyasətAzərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub."Olaylar" xəbər verir ki, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək. Toplantıda qanunverici orqanın yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq. Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31