Onlar Əbədi xatırlanacaqlar

Əslən Ordubad və Culfadan olan Azərbaycanımızın dəyərli iki ziyalısının - Ramiz Abutalıbov və Məhərrəm Məmmədyarovun vəfat etməsi xəbərini dərin kədərlə qarşıladım.

Ömürlərinin müdrik çağında dünyasını dəyişən Ellilərimə Ulu Yaradandan rəhmət diləyirik.

Ümumiyyətlə, tamlıq və bütövlüyün tərəfdarı olsamda təbiət kimi, cəmiyyətdə müxtəlif  hissələrdən, bəşər övladı fərqli əzalardan ibarətdir.

Hər ikisini yaxından tanıdığım üçün xoşbəxtəm.

Belə insanlarla dialoqda olmaq adama mənəvi qazancdır.

Vətən müharibəsi zamanı təbliğat və xarici KİV-ə çıxışla əlaqədar mərhum Ramiz Abutalıbovla bir neçə dəfə ünsüyyətdə oldum. Məsləhət və dəstəyin aldım...

Bu xüsusda, "Вестника Кавказа": "Карабах. Справедливость возмездия" adlı məqaləsi dərc olundu.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə gerçəkləşən "YAŞAT" xeyriyyə marafonu ilə bağlı fikirlərini soruşduqda, olduqca əhəmiyyətli layihə olduğunu bildirdi.

Qeyd etdi ki, "...xeyriyyə marafonunun digər ən mühüm cəhəti dünya azərbaycanlılarının - Azərbaycan diasporunun birliyini və həmrəyliyini təcəssüm etdirməsidir".

O, hər ünsiyyətimdə müdrikliyini bir daha hiss etdiyim Böyük Adam idi.

Azərbaycanın qızıl genefondunun, Azərbaycan Xalq Cümhuriyyətinin varislərinin görkəmli tədiqatçısı, quruluşçu, diplomat, ictimai xadim və ən əsası, örnək vətəndaş, ilk "Azərbaycan Evi"nin qorucusu idi.

Azərbaycanın təqdimatı, tanıdılması və təbliğatında xüsusi xidməti vardır.

Böyük düha sahibi Yusif Məmmədəliyev məktəbinin davamçısı M.Məmmədyarov isə əsil elm adamı idi.

Onlar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü və Azərbaycan Respublikasının əməkdar elm xadimi idilər.

Hər ikisi əbədi olaraq xatırlanacaq və şərəflə yad ediləcəkdir.

Əziz Ruhunuz şad olsun.

Yəhya Babanlı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31