Birinci vitse-prezident Mehriban Əliyeva: Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun! (FOTO)
31 Dekabr 2021 22:43 SiyasətBirinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Yeni il münasibətilə paylaşım edib.
Olaylar.az-ın məlumatına görə, paylaşımda deyilir:
"Əziz bacılar və qardaşlar!
Təbriklərinizə və xoş arzularınıza görə çox sağ olun! Biz də sizə ən səmimi təbriklərimizi çatdırırıq! Qoy üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Yeni ildə sizə möhkəm cansağlığı, arzularınızın çin olmasını, bol nur və sevgi diləyirik! Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun!
Sevgilərlə,
Sizin MEHRİBAN"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31