İlham Əliyev: “2022-ci il yüz minlərlə soydaşımızın öz doğma yurd-yuvalarına qayıdış ili olacaq”

"Son 18 il də Azərbaycanın sosial iqtisadi sahədə, hərbi və diplomatik müstəvidə sürətli inkişafa nail olması aparılan düzgün, məqsədyönlü siyasətin bəhrəsidir. Bu uğurları əhalinin sosial rifahının yüksəldilməsində açıq şəkildə görə bilərik. Yalnız 2021-ci ilin yekunlarına əsasən demək olar ki, cari il də  minimum əməkhaqqı və pensiyanın baza hissəsi ümumilikdə ötən illə müqayisədə 50 faiz artırılıb, 120 min nəfərə ünvanlı sosial yardım verilib, 50-dan çox tibb müəssisəsi, 85 məktəb tikilib istifadəyə verilib, 100 mindən çox iş yerləri açılıb". Bunu SİA-ya açıqlamasında yazıçı-publisist İlham Əliyev deyib.
 İ.Əliyev bildirib ki,  Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş daxili və xarici siyasəti Azərbaycan dövlətinə yeni-yeni uğurlar gətirməkdədir: "Təbii ki,  qazanılan uğurların əsasını Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində  işğal altında olan torpaqlarımızın azad olunması təşkil edir. Düşmən üzərində parlaq qələbə bütünlükdə Azərbaycan xalqının birliyinin sarsılmaz olduğunu göstərdi və bütün dünyaya yenilməz dövlət olduğuğunu nümayiş etdirdi. Bu gün işğal olunmuş torpaqlarımızda  geniş quruculuq -abadlıq işləri aparılır. 2020-ci ildə başlanılan quruculuq işləri növbəti illərdə də davam etdiriləcək. Beləliklə insanların öz yurdlarına qayıdış həsrətlərinə son qoyulacaq. Əminliklə demək olar ki, 2022-ci il yüz minlərlə soydaşımızın öz doğma yurd-yuvalarına qayıdış ili olacaq. Şuşada, Ağdamda, Zəngilanda, Hadrutda, Qubadlıda, Cəbrayılda, Laçında dalğalanan üç rəlgli bayrağımız Xankəndində, Ağdərədə, Xocalıda. Xocavəndə və digər torpaqlarımzıda da dalğalanacaq". 
Yazıçı-publisist o fikiri də vurğulayıb ki, 2021- ci il də qazanılan uğular sırasında "COVID-19" koronavirus pandemiyasına qarşı qabaqlayıcı, təsirli tədbirlərin görülməsi dayanır: "Məhz bu kimi sərt tədbirlərin gösrülməsi nəticəsində Azərbaycan dünyada pandemiyadan ən az əziyyət çəkən dövlətlərdəndir. Yoluxma və ölüm sayının az olmasıda bunu təsdiqləyir. Hazırda davam edən koronavirus pandemiyasına baxmayaraq, Azərbaycanın sosial-iqtisadi sahədə əldə olan nailiyyətləri nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən  müsbət uğur olaraq qeyd olunur". 
İ. Əliyev 2021-ci il də Azərbaycan mətbuatının, peşəkar jurnalistlərin əldə etdikləri uğurlardan da bəhs edib. Bildirib ki, ölkəmizdə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı mövcuddur: "Prezident İlham Əliyevin sərəncamı ilə azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə mühüm addımlar atılıb. Nəticədə 500-dən çox jurnalist mənzillə təmin edilib, milli mətbuatın inkişafındakı xidmətlərinə görə onlarla jurnalist fəxri adlarla təltif olunublar. Eyni zamanda qəzet redaksiyalarının maddi-texniki təminatı təmin olunub. Gözlənilən hal ondan ibarətdir ki, növbəti mərhələdə mətbuatımız daha da inkişaf edəcək, jurnalistlərin maddi-sosial imkanları artacaq. Buna  Milli Məclisin müzakirəsinə çıxarılan "Media haqqında qanun"u  qəbul edilməsi yaradacaq. "Media haqqında qanun" yeni tendensiyalara, yeni çağırışlara tam cavab verir və medianın müasir dövrün tələblərinə uyğun unkişaflna yeni tövfələr verəcəyi şübhəsizdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31